Respublikada COVİD-19 pandemiyasına dair tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq, millət vəkili Novruz Aslanov İsmayıllı rayon sakinləri ilə onlayn formatda və ya telefon vasitəsilə əlaqə saxlayır.
Unikal.org xəbər verir ki, noyabrın 19-da gün ərzində millət vəkili telefon vasitəsilə İsmayıllı rayon sakinlərini maraqlandıran məsələlər və problemlər ilə maraqlanıb. Müraciət edən seçicilər qeydə alınıb. Əsasən şəxsi məsələlər və humanitar yardımlarla bağlı müraciətlər edilib. Müraciərlərə və respublikada sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ərzaq və gigiyenik bağlamalarla ailələrə lazımi dəstəyin verilməsi qərara alınıb. Bununla bağlı millət vəkili rayonda olan köməkçisinə müvafiq tapşırığını verib.
Məlumat üçün bildirək ki, sərt karantin rejimi dövründə belə humanitar yardımlarla insanlara dəstək verilir.