Ərəb ölkələrinin bəziləri İsraillə sülh sazişi bağlayacaq.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Al-Arabiya" telekanalına müsahibəsində bildirib.
"İsraillə sülh razılaşmasına qoşulacaq ərəb ölkələri var", - Pompeo bildirib.
O, əlavə edib ki, ABŞ regionda sülhə nail olunması üzrə səylərini davam etdirəcək.
Qeyd edək k, İsrail sentyabrda BƏƏ və Bəhreynlə münasibətlərini normallaşdırıb. Ölkələr arasında münasibətlərin normallaşdırılması haqqında razılaşmaların imzalanması ilə bağlı təntənəli mərasim sentyabrın 15-də Ağ Evdə keçirilib, çünki razılaşmalara ABŞ-ın aktiv vasitəçiliyi ilə nail olunub.