Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir.
Unikal.org xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.
V. Putin deyib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədi ilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: “Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır”.