Gürcüstanda hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili istefa verib.
Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 2 oktyabr 2019-cu ildən bu vəzifəni tutan N.Mezvrişvili birlikdə işlədiyi baş nazir Georgi Qaxariyaya və bütün kollektivə təşəkkürünü bildirib.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan xanım bu vaxta qədər prokurorluq orqanlarında mühüm postlar tutub.