27 ildən sonra 20 nayabr 2020-ci il tarixində Ağdam rayonu erməni işğalından azad olunub.
Unikal.org xəbər verir ki, bu zaman ərzində erməni vandalizmi tarixi abidələrimizi məhv etməklə yanaşı onları yararsız vəziyyətə salıblar. Son günlərdə sosial şəbəkələrdə paylaşılan Ağdamın "İmarət" stadionunun videogörüntüləri bunu bir daha sübut edir.
Qeyd edək ki, 1952-ci ildə əsası qoyulan arena 1993-cü ilin iyununda Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.