Ermənistanın baş naziri Nikol Paşinyan daha iki nazir müavinini istefaya göndərib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunlar iqtisadiyyat nazirinin müavini Naira Marqaryan və ədliyyə nazirinin müavini Rafik Qriqoryandır.
Qeyd edək ki, Ermənistanda kütləvi istefalar və kadr dəyişiklikləri 10 noyabrdan bəri davam edir.