Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına məqsədilə reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, rayon ərazisində keçirilən reyd zamanı polis əməkdaşları açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin olunmuş karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyini çatdırıblar.
Reyd zamanı karantin rejimi qaydalarını kobud şəkildə pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.