Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

Unikal.org-un məlumatına görə, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüşə başlayıb. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.