Mütəxəssisin fikrincə, bu il "Black friday" kampaniyası zamanı fəallığın daha da artacağı gözlənilir. Çünki əksər mağazalar ötən illərdən fərqli olaraq, endirimlərin yalnız bir neçə gün deyil, noyabr ayı boyunca davam edəcəyini planlaşdırır. Tətbiq edilən karantin qaydalarının insanları onlayn alış-verişə sövq etməsi də bu kampaniyalardan daha çox insanın faydalanmasına səbəb olur.
Unikal.org xəbər verir ki, mütəxəssislər bunları nəzərə alaraq alıcı sıxlığından faydalanan kiber cinayətkarlar barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, sıx alıcı auditoriyası kart məlumatlarının daha asanlıqla ələ keçirilməsinə şərait yaradır. Həmçinin yüksək səviyyəli endirimlərdən uzaq qaçmaq tövsiyə olunub. Bildirilib ki, bir televizor üçün 80% endirim tətbiq olunması inandırıcı deyil. İstifadəçilərə real endirimlərə üstünlük vermək, araşdırmadan kart məlumatlarını daxil etməmək barədə xəbərdarlıq edilib.