Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi” layihəsi çərçivəsində sosial videoçarx çəkilib.
 
Unikal.org
xəbər verir ki, Azərbaycanda 2020-ci il "Könüllülər İli" elan edilib. 27 sentyabr 10 noyabr tarixlərində baş tutan Böyük Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusuna xeyli sayda gənc könüllü olaraq qatılıb. Könüllülər həm ön cəbhədə, həm də arxa cəbhədə qəhrəmanlıq nümayiş etdiriblər. Sosial videoçarxda da könüllü gənclərin müharibəyə könüllü qatılan qazimizə diqqət və qayğısından bəhs edilir.
 
Videoçarxda əsas mesaj isə budur: "Biz könüllü gənclər bundan sonra da hər zaman qazilərimizə könüllü xidmət etməkdən qürur duyacağıq". 
 
Sosialçarxın quruluşçu rejissoru Rüfət Hüseynovdur. Çəkilişdə aktyor İlqar Musayev və Nəqliyyat könüllüləri yer alıb. 
 
Qeyd edək ki, "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyi gənclərin mobil şəbəkəsini yaratmaq və könüllülərin pandemiya dövründəki fəaliyyətlərini daha səmərəli etmək üçün "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi”nin yaradılmasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə informasiya mərkəzinin yeni adda saytı fəaliyyətə başlayıb. "Konulluyem.az” adlı sayt genişfunksiyaları ilə bir çox yenilikləri özündə ehtiva edir.