Belarusun "Belavia" aviaşirkəti dekabrın 4-dən Bakıdan Minskə uçuşları bərpa edir.
Unikal.org xəbər verir ki, bu barədə aviaşirkətin "Twitter" hesabında məlumat paylaşılıb.
Bildirilir ki, uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək: çərşənbə axşamı, cümə, şənbə və bazar günləri. Uçuşlar yalnız Bakıdan Minsk istiqamətində olacaq. Belə ki, təyyarələr Bakıdan 04:15-də havaya qalxacaq, 06:50-də Belarusun paytaxtında eniş edəcək.