Ermənistan baş naziri Nikol Paşinyan Kəlbəcərdəki Zod qızıl yatağından danışıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu məsələ ətrafında skandal yaratmağa ehtiyac olmadığını deyən Paşinyan belə addım atanların hakimiyyətə gəlmək üçün həmişəki kimi hər yola baş vurduğunu bildirib.
Paşinyanın sözlərinə görə, sözügedən yatağın bir hissəsi Azərbaycan ərazisində, bir hissəsi isə Ermənistan ərazisində yerləşir. O qeyd edib ki, Ermənistan cəmiyyətində siyasi məqsədlərlə bu məsələyə görə xaos yaratmaq istəyənlər istəklərinə nail ola bilməyəcəklər.