Ermənistanda övladları hərbi xidmətdə olan valideynlər Müdafiə Nazirliyi binası önündə etiraz aksiyası keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar bütün hərbi qulluqçuların valideynlərini aksiyaya qoşulmağa çağırıb.

"Biz istəmirik ki, övladlarımızın taleyi əsir düşən uşaqlar kimi olsun. Biz istəmirik ki, oğullarımızın aqibəti itkin düşən hərbçilər kimi olsun", - deyə aksiyaçılar etiraz edib.