Belarus prezidenti Aleksandr Lukaşenko Polşa baş nazirinin səs yazısını ələ keçirdiklərini deyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko ölkəsinin xüsusi xidmət orqanlarının Polşa baş naziri Mateuş Moravetskinin səs yazısını ələ keçirdiklərini bəyan edib.

Belarus prezidentinin sözlərinə görə, sözügedən səs yazısında Polşa baş naziri Rusiyanın Ukrayna və Moldovada sıxışdırılaraq bu ölkələrin Avropa Birliyinə cəlb olunmasından, Belarusdakı məsələnin hərbi yolla həllindən və NATO-nu Polşa və Baltikyanı ölkələrdə gücünü artırmasından danışıb.