Moskvada son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 8902 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 72 olub.