Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun toplantısına qatılacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1-2 dekabr 2020 tarixlərində videokonfrans formatında keçiriləcək toplantı NATO üzvü olan ölkələrin XİN başçılarının toplantısıdır.
Toplantıda NATO-2030 vizyonu və Avro-Atlantik məkanda ümumi vəziyyət müzakirə mövzusu olacaq.