İranın müdafiə naziri Əmir Hatəmi fizik Möhsün Fəxrizadənin ölümünün cavabsız qalmayacağını bəyan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nüvə aliminin dəfn mərasimində danışan nazir bu sui-qəsdi cavabsız qoymayacaqlarını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İranda nüvə ilə məşğul olan fizik alim, İran MN Araşdırmalar Təşkilatının rəhbəri Möhsün Fəxrizadə naməlum silahlı şəxslərin hücumuna məruz qalmış və öldürülmüşdü.