Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskayanın həyat yoldaşı, müxalifətçi Sergey Tixanovski daha 3 ay həbsdə qalacaq.

Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, S.Tixanovskinin həbs müddəti 3 ay uzadılıb. Vəkilinin sözlərinə görə, daha sonra bu müddətin yenə uzadılacağı istisna deyil.

Qeyd edək ki, bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko onunla dialoqa hazır olduğunu bəyan etmişdi.