Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu yenidən Dnestryanı bölgədəki Rusiya sülhməramlıları haqqında danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maya Sandu rus qoşunlarının bölgədən çıxarılmasını tələb edib. Onun sözlərinə görə, artıq bölgədə genişmiqyaslı hərbi əməliyyatlar keçirilmir və bu qoşunlar ATƏT himayəsində mülki müşahidəçilərlə əvəz edilməlidir.

Maya Sandu həmçinin bölgədəki Rusiya əməliyyat qrupunun Moldova ilə razılaşma olmadan əraziyə gətirildiyini bildirib. Bu qrupun da silahlarla birgə ölkədən çıxmalı olduğunu bəyan edən prezident bunun Moldovanın rəsmi mövqeyi olduğunu bildirib.

Kreml məsələyə reaksiya verib. Belə ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Prednestroviyada status-kvonun dəyişəcəyi halda ciddi destabilizasiya təhlükəsinin ola biləcəyini vurğulayıb.