Belarusda təqaüdçülər etiraz aksiyası keçirib.

Unikal.org Belarus mətbuatına istinadən xəbər verir ki, hakimiyyətdən narazılıqlarını ifadə edən pensionerlər müxtəlif şüarlar səsləndiriblər. Pensiyaların artırılması əsas tələblərdən biri olub. Paytaxt Minskdə baş tutan aksiya təşkilatçılar tərəfindən "Müdriklik yürüşü" adlandırılıb.

Polis qüvvələri aksiyanı dağıtmağa çalışıblar.