Ermənistan parlamentinin deputatı Paşinyanı sərt tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif İşıqlı Ermənistan Partiyasının fraksiya rəhbəri Edmon Manukyan baş nazir Nikol Paşinyanı ittiham edib.

"Müharibəni 20 gün əvvəl dayandırmaq lazım idisə, Paşinyan bunu niyə etməyib? Ola bilər ki, min səbəb var. Amma bunlar indi kimə maraqlıdır? Müharibədə iki variant var. Ya məhv edib qalib gəlməlisən, ya da məhv olmamaq üçün müharibənin dayanmasına çalışmalısan. Güclüsənsə, birinci, zəifsənsə, ikinci varianta can atmalısan. Bu vaxta kimi baş verənlərin bir müqəssiri var - Nikol Vovayeviç Paşinyan", - deyə E.Manukyan bəyan edib.