Gürcüstanın maliyyə naziri İvane Maçavariani koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir İ.Maçavarianinin COVID-19 testinin cavabı müsbət çıxıb. Nazirin özünü yaxşı hiss etdiyi və fəaliyyətinə distant şəkildə davam etdiyi bildirilib.