Etibar Pirverdiyevin yeni iddiası
14:03 08-01-2013
İQTİSADİYYAT
Etibar Pirverdiyevin yeni iddiası
“Azərenerji” prezidenti hansı qurumu özünə tabe etmək istəyir?
“Azərenerji” prezidenti Etibar Pirverdiyevlə sənaye və energetika naziri Natiq Əliyev arasında “soyuq savaş”ın olması barədə məlumatlar yeni deyil. İndi isə onların arasında fikir ayrılıqlarını dərinləşdirən daha bir məqam ortaya çıxıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Pirverdiyevlə sənaye və energetika nazirini üz-üzə qoyan məqamlardan biri də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə bağlı olub. “Azəreneji” şefi uzun müddət həmin dövlət agentliyinin öz nəzarətinə keçirilməsinə çalışıb.
Etiar Pirverdiyev hökumət dairələrini sözügedən qurumun effektsiz fəaliyyətini məhz onun Sənaye və Energetika Nazirliyinin tabeçiliyində fəaliyyət göstərməsi ilə əsaslandırıb. Bu məsələdə “Azərenerji” prezidentinin xeyli müdafiəçilərinin olduğuna diqqət çəkən mənbələr sonucda Pirverdiyevin iqtidar içindəki rəqiblərinin də onun səlahiyyətlərinin artmasını önləmək adına hərəkətə keçdiyini bildirirlər.
Bütün bu çəkişmələr isə onunla nəticələnib ki, ötən ilin əvvəllərində Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib və onun əsasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılıb.
Natiq Əliyev keçmiş dövlət agentliyinin səlahiyyətlərinin onun nəzarətindən ıxarılmasından sonra Etiar Pirverdiyevə qarşı daha da qəzəblidir. Çünki həmin dövlət agentliyinin ləğvi və müstəqil fəaliyyət göstərən quruma çevrilməsi məhz “Azərenerji” prezidentinin başlatdığı mübarizənin məntiqi sonluğu kimi ortaya çıxıb.
Verilən məlumatlara görə, ilkin həmlədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sənaye və Energetika Nazirliyinin nəzarətindən çıxarılaraq dövlət şirkətinə çevrilməsinə nail olan Etibar Pirverdiyevin yeni həmləsi bu qurumun qarşıdakı dövrdə “Azərenerji”nin tabeçiliyinə keçməsini təmin etməkdir. Hazırda “Azərenerji” prezidentinin bunun üçün gizli təşəbüslərini artırdığını deyən mənbələr əlavə edirlər ki, “işıq şefi”nin istəyinə çatması az ehtimal olunandır.
Birincisi, Pirverdiyevin iqtidar içində kifayət qədər ciddi rəqibləri var, o, bir çox iri məmurlar üün arzuolunmaz fiqurdur və hər vəchlə “vurulmasına” çalışılır. Belədə onların “Azərenerji” prezidentinin səlahiyyətlərinin artmasına rəvac verən hər hansı təşəbbüsün reallaşmasına sıcaq yanaşa, razı ola bilməzlər.
İkincisi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətini rəhbərlik etdiyi nazirliyin nəzarətində saxlaya bilməyən Natiq Əliyevin də heç olmasa, bu qurumun Etibar Pirverdiyevin də “bayrağı altına” keçməməsi üçün əlindən gələni edəcəyi şübhə doğurmur. Sənaye və energetika nazirinin aralarında soyuq küləklərin əsdiyi “işıq şefi”ndən intiqamını bu yolla almaq istəyəcəyinə heç bir şübhə yoxdur.
Amma istənilən halda məlum “savaş”ın necə sonlanacağını zaman göstərəcək. Necə deyərlər, “yaşayarıq, görərik”.
Həsən Əli
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07