Ermənistanda Təbii Sərvətlər və Mineral Ehtiyatlar üzrə Müfəttişliyin keçmiş sədr müavini Paşinyanı məhkəməyə verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, İqor Sarkisyan adlı bu məmur baş nazir Nikol Paşinyanın onu işdən çıxarmasını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.

İşə baxan məhkəmə İ.Sarkisyanın iddiasını təmin edib və onun işə bərpa olunması ilə bağlı qərar verib. Qərara görə, həmçinin Paşinyan qanunsuz addımı ilə bağlı bu məmura kompensasiya ödəməli olacaq.