Ermənistanın eks-prezidenti Robert Koçaryanın məhkəməsi yenidən təxirə salınıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəməyə sədrlik edən hakim Anna Danibekyanın qərarı ilə sözügedən məhkəmə prosesi 8 dekabra qədər ertələnib.

Qeyd edək ki, Robert Koçaryanın iki vəkili - Seyran Oqanyan və Karen Mejlumyan məhkəmənin iclas zalına buraxılmayıb.