Eduard Snouden Rusiya vətəndaşlığı almaq üçün müraciət edəcək.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə konkret tarix açıqlanmayıb.
Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Eduard Snouden 2013-cü ildə qaydaları pozaraq sirr xarakterli məlumatları ictimaiyyətə və kütləvi informasiya vasitələrinə ötürmüşdü. Hazırda Rusiya ərazisində yaşadığı deyilən E.Snouden ABŞ hökuməti tərəfindən casusluqda ittiham edilir. Bu vaxta qədər onun ABŞ-a ekstradisiyası mümkün olmayıb.