Rusiyada COVID-19 pandemiyasına qarşı “Sputnik V” peyvəndinin sınaqlarında ilk dozanı qəbul edən 20 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Qeyd edək ki, Qamaleya Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan peyvəndin klinik sınaqları 18 iyun tarixində başlayıb. Sınaqlarda peyvəndin 92 faiz nəticə verdiyi açıqlanıb.