Əfqanıstanda Rusiya səfirliyinə məxsus avtomobil partladılıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Ehtimal edilir ki, terror aktı həmin yolla hərəkət edən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin avtomobilinə qarşı planlaşdırılıb. Lakin Zaxarova hücumun Rusiya səfirliyinə qarşı yönəlməsini istisna etməyib.