Cənubi-Şərqi Asiyada yerləşən İndoneziyada sel fəlakəti baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ekvatorial qurşaqda olan ölkədə şiddətli leysan xarakterli yağışlar böyük dağıntılara səbəb olub.
Belə ki, Mərkəzi Cavva əyalətinin Kilakap bölgəsində sel nəticəsində 1 463 evin izi itib. Bəzi yerlərdə suyun səviyyəsi 1,5 metrə çatır. İnsanların böyük qismi əvvəlcədən evakuasiya edildiyinə görə insan tələfatı qeydə alınmayıb.