Venesuela prezidenti Nikolas Maduro davamlı istefa tələbləri ilə bağlı şərtini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, N.Maduro müxalifətin parlament seçkilərində qələbə çalacağı təqdirdə istefa verə biləcəyini söyləyib. "Mənim taleyim xalqın əlindədir", - deyə o bəyan edib.

Qeyd edək ki, Venesuelada parlament seçkiləri 6 dekabrda keçiriləcək.