Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Rusiyaya səfər barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, S.Tixanovskaya Rusiyaya getmək istədiyini deyib. "Rusiyaya məmnuniyyətlə getmək istəyərəm, amma adım beynəlxalq axtarış siyahısındadır. Bu səfərin nəticəsi mənim üçün fəlakətli olar", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə də Belarus müxalifətinin mühacir lideri Vladimir Putinlə görüşmək istədiyini və Belarusun önəmli qonşusu ilə münasibətlərinin normal olması gərəkdiyini bəyan etmişdi.