Səudiyyə Ərəbistanı İranın iddialarını təkzib edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti İran rəsmilərinin nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsində Səudiyyə Ərəbistanını günahlandırmasını əsassız sayır.
İran XİN başçısı Məhəmməd Cavad Zərifin bu ərəb krallığını ittiham edən bəyanatına münasibət bildirən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr İranın dünyada baş verəcək növbəti zəlzələ zamanı da ölkəsini günahlandırıb-günahlandırmayacağını sual edib.