Əfqanıstanda beynəlxalq koalisiyada iştirak edən Avstraliya əsgərlərinin növbəti cinayəti ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlər Taliban üzvünün protez ayağını əlindən alıb içərisinə içki doldurublar. Alkoqol qəbul edən əsgərlərin bu biabırçı əməlləri təsadüfən ortaya çıxıb.
Qeyd edək ki, Avstraliya əsgərlərinin başqa cinayətləri də bu vaxta kimi gündəmdə olub. Avstraliyanın Müdafiə Nazirliyi rəsmi olaraq bu cinayətlərə görə Əfqanıstan xalqından üzr istəmişdi.