Qazaxıstanın prezidenti Qasım-Comərd Tokayev Qarabağ barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə toplantısında çıxış edən Qazaxıstan prezidenti 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb.

Q.Tokayev Rusiyanın vasitəçilik missiyasını yüksək qiymətləndirib və prezident Vladimir Putinə bunun üçün təşəkkürünü bildirib.