Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Abşeron rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, Raqif Mürsəlov tutduğu vəzifədən azad olunub.
Onun yerinə isə polis kapitanı Cəmil Abbasov təyin olunub. C.Abbasov daha öncə Sabirabad Yol Polisi Postunun komandiri vəzifəsində çalışıb.
Murad İbrahimli