Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycandakı nümayəndəliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib.
Unikal.org xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib.
“Qardaş Azərbaycanın vətən torpaqları uğrunda şəhid olan 2 783 vətən övladını rəhmətlə anır, yaralı əsgərlərimizə şəfa diləyirik”, - agentlikdən bildirilib.