Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəbinin Azərbaycan dili müəllimi Kənan Müzəffərli Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.