27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.
Unikal.org-un məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.
Yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.
Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.