Türkiyənin milli müdafiə naziri Hulusi Akarın təltif etdiyi tankçımız şəhid olub.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəhidin Tank Bölüyü komandiri, baş leytenant Məmiyev Valeh İsbat oğlu olduğu deyilir.
Qeyd edilir ki, o Vətən müharibəsində öz tankı ilə Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının alınmasında iştirak etmişdir. Bir döyüşdə təkbaşına düşmənin 3 tankını sıradan çıxarıb, 35 nəfər şəxsi heyətini məhv edib. Qubadlı-Laçın istiqamətində şəhid Milli Qəhrəman Şükür Həmidovun komandanlıq etdiyi döyüşlərdə igidliklə döyüşərək şəhid olub.