Dekabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov pandemiya şəraitində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı onlayn müşavirə keçirib.

Unikal.org xəbər verir ki, müşavirədə ŞİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
   İcra başçısı T.Qaraşov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edildiyini, bu yolda qanlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib. 
  Natiq daha sonra müşavirə iştirakçılarının diqqətini koronavirus (COVID-19) infeksiyasının fəsadların minimuma endirilməsi istiqamətində görülən tədbirlərə yönəldərək İcra nümayəndələrini, bələdiyyə sədrlərini və aidiyyatı qurumların rəhbərlərini xüsusi karantin rejimi müddətində öz fəaliyyətlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun qurmağa çağırıb.
  Şəhər və kənd ərazilərində sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasının vacibliyini vurğulayan T.Qaraşov müşavirə iştirakçılarına yaradılmış mobil və işçi qruplar tərəfindən əhalinin qoruyucu maska, şəxsi dezinfeksiya və mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırmasının, adamların yas yerlərində məhdud çərçivədə iştirakından ötrü təbliğat işlərinin davam etdirilməsini tapşırıb.
   İcra başçısı həmçinin rayonda yaşı 65-dən yuxarı insanların, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyac duyan şəxslərin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini də xüsusi qeyd edib.