"Ağ Otel"lə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi
00:41 09-01-2013
İQTİSADİYYAT
"Ağ Otel"lə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi
Masazır sakinləri otelin fəaliyyətindən narazıdır, "Ağ Otel" qaranlıqları işığa çıxardılır
Masazır qəsəbəsində yerləşən "Ağ otel"lə bağlı müzakirələr yenidən ölkə gündəminin əsas mövzularından birinə çevrilir. Xatırladaq ki, adıçəkilən otel inşa edildikdən sonra yaxınlıqdakı sakinlər müvafiq dövlət qurumlarına saysız-hesabsız şikayətdə bulunublar. Buna səbəb isə otelin priton fəaliyyəti göstərməsi və bu rüsvayçılığın sakinlər tərəfindən hiddətlə qarşılanması olub.
Bununla bağlı Masazır qəsəbəsində olan əməkdaşımız yerli sakinlərlə görüşüb və onlar məsələni yenidən gündəmə gətirmək niyyətində olduqlarını bildiriblər: "Bura yeni tikiləndə bizə dedilər ki, "Neftçi" futbol klubu üçün baza inşa olunur. Amma tikinti işləri başa çatanda bildik ki, əslində bu oteldir və ən pisi də odur ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Ona görə də "Ağ Otel"ə yaxın ərazidə yerləşən sakinlər bu biabırçılığa son vermək məqsədilə yenidən müvafiq orqanlara müraciət etməyi düşünürük".
Şikayətçilər deyirlər ki, "Ağ Otel"də qadın alveri ilə məşğul olunduğunu isbat etməyə gərək yoxdur. Çünki bunu elə müşahidə aparmaqla da müəyyən etmək çətin deyil. Halbuki qanunla insan alveri ilə məşğul olmaq və bu tip "əyləncə" mərkəzi yaratmağa görə müvafiq cəza tədbiri nəzərdə tutulub. Araşdırmamız zamanı onu da öyrənə bildik ki, burada ödəmələr qeyri-rəsmi şəkildə ödənilir və hər hansı maliyyə qeydiyyatı aparılmır. Eyni zamanda burada çalışan işçilərlə əmək müqaviləsinin imzalanmadığı da redaksiyamıza daxil olan informasiyalar arasındadır.
Əldə etdiyimiz daha bir informasiyada isə bildirilir ki, "Ağ Otel"in sahibələrinə məxsus digər obyektlər də var. Bunlar isə Biləcəri qəsəbəsindəki "Ağsaray" restoranı, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən "Ağ market" ticarət mərkəzidir. Əldə etdiyimiz məlumatlarda elə həmin obyektlərdə də "Ağ Otel"də olduğu kimi qanunun tələblərinə məhəl qoyulmadığı bildirilir.
"Ağ otel"lə bağlı digər narahatedici məqamla bağlı isə qəzetimizin ötən sayında ətraflı məlumat vermişdik. Təkrarən bildirək ki, Bakı-Rostov beynəlxalq magistral yolunun yaxınlığında yerləşən və priton kimi fəaliyyət göstərən "Ağ otel" həm də təhlükəsizlik baxımından diqqətləri özünə cəlb edir. Kim təminat verə bilər ki, pəncərələri tünd qara şüşələrlə çərçivələnmiş "Ağ Otel"dən hər hansı terror aktı törədilə bilməz. Qeyd edək ki, otelin pəncərələri düz Bakı-Rostov magistralına baxır və otelə hər kəs sərbəstcə pulunu ödəyə bilərək girir, buna görə heç bir qeydiyyat aparılmır-belə olan təqdirdə hüquq mühafizə orqanları da bu məsələyə laqeyd yanaşmamalıdır.
"Ağ otel" fəaliyyətindəki bu və digər qaranlıq məqamların işığa çıxardılması məqsədilə "Unikal" qəzeti olaraq müvafiq dövlət orqanlarının da iştirakı ilə geniş araşdırma aparmaq niyyətindəyik. Elə bu məqsədlə də "Ağ otel", "Ağsaray" restoranı və "Ağmarket" ticarət şəbəkəsi ilə bağlı müvafiq dövlət orqanlarına rəsmi müraciətlər ünvanlamışıq. Burada işçilərin hansı əsaslarla çalışdığını öyrənmək məqsədilə Dövlət Əmək Müfəttişliyinə, vergidən yayınma ittihamlarının araşdırılması məqsədilə Vergilər Nazirliyinə, otelin turizm obyekti kimi qeydiyyata keçməsi səbəbindən Mədəniyyət və Turizm Nazirliyinə, yuxarıda bəhs etdiyimiz təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə isə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciətlər ünvanlayacağıq.
Ümid edirik ki, məsələnin ciddiliyini nəzərə alan adıçəkilən dövlət qurumları "Unikal"ın bu müraciətlərinə müsbət cavab verərək nəhayət ki, Masazır sakinlərinin də arzularının çin olmasına yardımçı olacaqlar.
Mövzuya qayıdacağıq.
Natiq Rəhimli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20