Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Ordunun zabitləri də var.
Prezidentin sərəncamı ilə polkovnik Dadaşov Haxverdi Xudaverdi oğlu “Zəfər” ordeni ilə, polkovnik-leytenant Aslanov Rəşad Əmirbəy oğlu “Qarabağ” ordeni ilə, polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu (ölümündən sonra), mayor Şirinov Elnur Ramiz oğlu, kapitan Babayev Nihad Akif oğlu (ölümündən sonra) və kapitan Şıxnəbiyev Renat Güləmməd oğlu “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə təltif ediliblər.