Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.