Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Samux rayon Kövər kənd sakini Taleh Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında ona məxsus fərdi  yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kiloqram 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.