Ermənistanda son sutka ərzində daha 652 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 153 825 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2 630-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 652 nəfərdir.