Qubada baş verən yol qəzasında ölən və yaralıların şəxsiyyəti dəqiqləşib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.

Qəza zamanı yaralanan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

*** 20:46

Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca