Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ən azı 9 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Tolo News telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrə görə, partlayış Spin Kalay meydanında baş verib. Partlayışın hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub. Millət vəkilinin sağ olduğu bildirilir. Hadisə nəticəsində doqquz nəfər ölüb, altı nəfər yaralanıb.