Hər il milyonlarla gənc və uşaq "Youtuber" olmaq istəyir.
Unikal.org xəbər verir ki, digər internet platformaları kimi "Google"un video yayım xidməti də "Youtube" istehsalçılarına reklamlarından gəlir qazandırır.
Belə ki, amerikalı 9 yaşlı Ryan Kaji "Youtube"dan yalnız 2020-ci ildə 29,5 milyon dollar gəlir əldə edib. Azyaşlı youtuber-in "Youtube" platformasına yüklədiyi müxtəlif oyuncaqların icmalı videosu onu ilin ən zəngin uşağı elan edib.
Qeyd edək ki, bundan öncəki illərdə də Kaji platformanın ən yaxşı qalibi olub.