Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı boksçu kosmosa uçmağı onun çoxdankı arzusu olduğunu bildirib: "Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".
Qeyd edək ki, indiyədək peşəkar rinqdə 31 döyüş keçirən Tayson Fyuri cəmi bir dəfə heç-heçə edib. O, digər bütün görüşləri qələbə ilə başa vurub.