Bridgewater Associates-in qurucusu Ray Dalionun oğlu Devon ABŞ-dakı yol qəzasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Associated Press xəbər verir.

Məlumata görə, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb və daha sonra bir mağazaya çırpılaraq alov alıb. Polislər hadisə yerinə gələndə avtomobil tamamilə tüstüyə bürünübmüş.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. İlkin məlumata görə, qəzada avtomobilin yanacaq çəni partlayıb.